18 noyabr 2013 14:05
Berti Foqts: Mahir Şükürovun özünə gəldiyini deyə bilmərəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Mahir Şükürovun Estoniya yığması ilə oyunda yaşanmış qol vəziyyətlərinin birindəki rolu haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, alman mütəxəssis bunları söyləyib:
“Estoniya ilə oyunda ilk qol zamanı kim səhv buraxdı? Mahir Şükürov. Deyə bilmərəm ki, o, özünə gəlib. Bu sual “Neftçi”yə verilməlidir. Klub prezidentinin yaxşı köməkçisi var”, deyə Foqs bir daha Böyükağa Hacıyevlə “dost” münasibətlərini təsdiqləyib.
