18 noyabr 2013 14:00
Berti Foqts: Qırğızıstan isti münasibəti ilə yadda qalacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah Bişkekdə Qırğızıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, alman mütəxəssis bunları söyləyib:
“Biz bu il daha bir oyun keçirəcəyimizə şadıq. Özü də dostlarımızla görüşürük. Bu gün biz qocalar və uşaq evlərində olduq. Futbol nəinki 11 nəfərin oyunu, həm də hisslərin oyunudur. Bu gün səhər gördüm ki, xalqlar arasında yaxın münasibətlər var. Bizi çox isti qarşıladılar. Onlar bizim vaxt tapıb gəlməyimizə sevinirdilər. Bizə isə onların bizi görüb şad olmağı xoş idi. Qırğızıstan yalnız qarşıdakı oyunla deyil, bu isti münasibəti ilə yadda qalacaq”.
