18 noyabr 2013 01:25
Neftçi 4 qolla qalib gəldi
Topaz Premyer Liqasının 14-cü turunun "İnter"lə oyununa hazırlığı davam etdirən "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici komanda ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun əsas heyətin 4:1 hesablı qələbəsi ilə nəticələnib.
Əsas heyətin üzvlərindən Flavinyo və Denis Silva zədə səbəbindən matçda iştirak etmədiklərindən yüngül qaçışla kifayətləniblər.
