18 noyabr 2013 13:50
Berti Foqts: Nəticə pisdisə, biz güllələnməliyik?
Bu gün futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah Bişkekdə Qırğızıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyuna həsr edilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Azerisport.az Foqtsun müsahibəsini diqqətinizə çatdırır.
İlin son oyunundan nə gözləyirsiniz?
Çox çətin sualdır. Məğlubiyyətdən sonra istənilən komanda inamını bir qədər itirir. Biz Tallində cəmi 20 dəqiqə yaxşı oynadıq. Ümumilikdə isə hər şey elə də pis deyildi. Iki səhv edib qol buraxdıq. Belə rəqiblər belə səhvləri bağışlamır. Buna görə də uduzduq. Oyunun gedişində qol vəziyyətlərimiz vardı, ancaq biz onları həyata keçirə bilmədik. Qolsuz isə qələbə qazanmaq olmaz.
Siz meydana birinci ya ikinci heyəti buraxacaqsınız? DÇ-2014-ün seçmə mərhələsini keçə bilmədikdən sonra, qarşınızda hansı məqsəd var? (qırğız jurnalistin sualı)
Yığma həmişə birinci heyətlə oynayır. Rəqibdən aılı olmayaraq bütün oyunlar vacibdir. Qırğızıstanın bu yaxınlarda Estoniya ilə heç-heçə oynamış yaxşı komandası var. Əlbəttə, biz heyətlə təcrübələrə apara bilərik. Ancaq bu an üçün bu, normaldır. Gələcək planlar haqda isə heç nə deyə bilmərəm.
Heyətdə dəyişikliklər olacaq?
Bəli, olacaq. Futbolda hamı qələbə qazanmaq istəyir. Biz də, qırğızlar da.
Bəs hansı dəyişikliklər olacaq? Məsələn, Maksim Medvedev, Ufuk Budak və Cihan Özkara Estoniya ilə oyunda özünü heç də yaxşı göstərə bilmədi. Onlara etibar edəcəksiniz?
Bir neçə mövqedə dəyişiklik olacaq. Oyunda səhvlərə gəlincə, bu səhvləri hamı buraxır. Siz öz işinizdə olduğu kimi, mən də. Beynəlxalq oyunlar üçün bizim gənc oyunçuların təcrübəsi azıdır. Ancaq bir səhvi təkrar etmək olmaz.
Rəşad Sadıqov və Kamran Ağayevsiz milli çox itirir?
Tam mənada sizinlə razılaşa bilmərəm. Onlarsız da biz yaxşı oyana bilirik. Məsələn, Belfastda Şimali İrlandiya ilə oyunda qapını Səlahət Ağayev qoruyurdu. Rəşad olmayanda isə onu Ruslan Abışov əvəzləyir. Bəlkə kimin həlledici səhvlər etdiyi haqda sual verəsiniz? Özünüz təhlil edin. Problem ondadır ki, jurnalistlərin öz sevimliləri var. Onlar hamını tənqid etməyə bilər.
2013-cü il haqda hansı təəssüratlarınız qalıb?
Azarkeşlər üçün bu il uğurlu hesab etmək olar. Mənim üçün yox. Biz daha çox xal yığa bilərdik. Əgər nəticə pisdirsə, bizi güllələmək lazımdır (gülür)? Nə baş verməsindən asılı olmayaraq, növbəti gün günəş parlayacaq və xoş gün olacaq.
Qırğızıstan haqda nə deyə bilərsiniz?
Qırğız futbolu haqda az bilirəm. Oyunçu və məşqçi kimi mən bu diyarda ilk dəfəyəm. Ölkəyə dəyişikliklər üçün vaxt lazımdır. Burada adamlar müasirdir, gülərüzdür. Qırğızıstan yığmasının oyunçusunun qocalar evində söhbəti məni mütəəssir etdi. Sanki valideynləri ilə danışırdı.
Siz son oyunlarda heyətlə təcrübələr aparırsınız. Nəticəyə də oynaya bilərdiniz.
Yaşı məşqçi işini sona qədər görür və yalnız nəticə haqda deyil, komandasının gələcəyi haqda düşünür. Yalnız özü haqda düşünmək eqoizmdir. Yalnız nəticə haqda düşünsəydik, Dubay turnirində əsas heyəti döyüşə atardıq. Hətta Almaniya yığması təcrübələr aparır. Məsələn, Filipp Lam “dayaqçı” mövqeyində oynayırdı. Futbol göründüyü kimi sadə deyil.
