18 noyabr 2013 13:38
Bakı United İngiltərədə 5 oyuna 51 qol vurub
İngiltərə futzal liqasında çıxış edən “Baku United” komandası ölkə çempionatının liderinə çevrilib. Azerisport.az xəbər verir ki, cənub qrupunun favoriti olan komanda indiyədək 5 oyun keçirib və onların hamısında böyük xal fərqləri ilə qələbə qazanıb.
Noyabrın 17-də bakılılar "Citi of London" komandasını 12:0 hesabı ilə udaraq onları qrupun aşağı pilləsinə endiriblər. Bundan əvvəl "Kaunas" komandasını 13:0, "Helvesia"nı 4:2, "Siauliai"ni 11:2, həmçinin "Genezi"si 11:2 hesabları ilə məğlubiyyətə uğradan "Baku United" İngiltərə 2013-2014 futzal mövsümünün ən çox xal yığan klubudu. Ondan sonrakı yerdə 15 xalla "Helvesia" klubu gəlir.
"Baku United" futzal klubundan verilən məlumata görə, komanda bu mövsümdə də İngiltərə çempionu olmaq niyyətindədi. Məqsədə nail olmaq üçün komanda heyəti yeni oyunçular hesabına gücləndirilir. Əsas heyətə güclü Portuqaliya yığmasının kapitanı, Avropanın aparıcı klubu olan "Barselona"nın müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya millisin iki oyunçusu və digər ulduzlar cəlb olunub. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.
Xatırladaq ki, "Baku United" İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildi. Klubun prezidenti İlham Nağıyevdi.
