18 noyabr 2013 13:14
Artyom Kersilyan: Azərbaycanla oyun mənə vacibdir
Qırğızıstan yığmasının ikinci məşqçisi Artyom Kersilyan sabah Bişkekdə Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kersilyan bunları söyləyib:
“Mən özümü dünyanın adamı hesab edirəm. Oyuna xüsusi prinsip yoxdur. Həyat yoldaşım Bakıdandır. Çoxlu azərbaycanlı dostlarım var. Bu oyun mənə yalnız nəticə nöqteyi-nəzərindən vacibdir və mən futbolu başqa kənat şeylərlə qarışdırmağa hazırlaşmıram”.
