18 noyabr 2013 12:58
Sergey Dvoryankov: Azərbaycan yığması bizim üçün yüksək səviyyəli komandadır
Qırğızıstan yığmasının baş məşqçisi Sergey Dvoryankov sabah Bişkekdə Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az Dvoryankovun müsahibəsini diqqətinizə çatdırır.
Komandanız haqda nə deyə bilərsiniz?
Bu gün biz kimi bacarmışıqsa, heyətə cəlb etmişik. Kiminin isə hazırda vəziyyəti yaxşı deyil, yaxud zədəsi var. Heyət demək olar ki, müvafiqdir. Bu futbolçular may ayında bizə Asiya zonasının təsnifat mərhələsində kömək edəcək oyunçulardır. Heyətdə əsas hücumçu Mirlaz Murzayev yoxdur. O, bu görüşü zədə səbəbi ilə buraxacaq.
Qələbə qazana biləcəksiniz?
Bu, futboldur. Hər şeyin necə olacağını qabaqcadan demək olmaz. Hər şey heyətin hazırlığından asılıdır. Yəqin ki Azərbaycan tərəfi Bişkek stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmaması ilə razılaşar. Bu, top saxlayan, ötürmələrlə texnikalı futbol oynayan komandalar üçün vacib amildir. Bu oyun yoldaşlıq xarakterlidir. Burada növbəti mərhələyə keçmək tapşırığı yoxdur. Başqa ab-havadır. Heyətimizdə əsas özəyin 11 futbolçusu var. Digər 11 oyunçu isə çətin ki onları əvəzləsin. Bax, belə bir problem var.
Azərbaycan yığması haqda nə deyə bilərsiniz?
Azərbaycan yığması bizim üçün yüksək səviyyəli komandadır. İstənilən Avropa yığması bizim üçün belədir. Qarşıdakı rəqibimiz Avropa zonasının təsnifat mərhələsində çıxış edir. Biz yalnız bu il Azərbaycan yığmasının keçirdiyi oyunlar qədər görüşlər keçirmişik. Avropa zonasından istənilən komandaya qarşı oyun bizim üçün müsbət haldır. Bəzi futbolçular hələ belə imkan qazanmayıb. Buna qədər biz Estoniya, Moldova, Belarusla oynamışıq və yaxşı səviyyədə oynamışıq. Yalnız Estoniya ilə heç-heçə etmişik. Təcrübə yığırıq.
Azərbaycan yığmasını öyrənmisiniz?
Rusiyaya qarşı oyuna baxmışam. Özüm rus olduğum üçün Rusiyaya azarkeşlik edirəm. Bu oyunda çox şey həll olunurdu. Ancaq futbol nöqteyi-nəzərindən Azərbaycan yığmasından fərqli, Rusiya yığması pis təəssürat yaratdı. Həmçinin, Estoniya ilə oyunun fraqmentlərini görmüşəm. Bilirəm ki, zədə səbəbi ilə bütün oyunçuları heyətə cəlb edə bilməmisiniz.
Qırğızıstan oyuna hazırdır?
Bizim futbolçular üçün bu oyun böyük təzyiqdir. Bizim üçün Asiya yığmalarına qarşı oynamaq asandır. Köklənmə artıqlaması ilədir. Belə ki, əlavə köklənmək lazım gəlməyəcək. Fikrən oyunçular oynamağa artıq hazırdır. Onlar üçün bu, özlərini göstərmək və təklif almaq üçün klubların diqqətini cəlb etmək imkanıdır.
Yetirmələriniz hazırkı fiziki vəziyyəti necədir?
Elə də yaxşı deyil. İndoneziyada böyük hesabla uduzduq. Son 19 gündə futbolçular çox oyun keçiriblər.
Görüşün favoriti kimi hesab edirsiniz?
Əgər son nəticələri, reytinqdəki yeri, təcrübə və bacarığı nəzərə alsaq, Azərbaycan yığmasının qalib gəlmək şansları çoxdur. Bizim tərəfimizdə isə doğma meydanın dəstəyi amilidir. Biz ötürmələr vasitəsi ilə texnikalı futbol oynamağa can atırıq. Ancaq çox təəssüf ki, meydan pis vəziyyətdədir. Bu, baxımlı oyun göstərməyə mane ola bilər.
Necə hesab edirsiniz, Azərbaycan yığması Asiya zonasında oynasaydı, nəyə nail olardı?
Yaxşı nəticələrə nail olardı. Asiyada səviyyə Avropadan aşağıdır. Düşünürəm ki, Azərbaycan Özbəkistanla bərabərdə dünya çempionatına və Asiya Kubokuna vəsiqə uğrunda mübarizə aparardı. Burada sizin komanda ən güclülərdən biri hesab olunardı. Siz indi də reytinqdə sizdən yuxarıda olan komandalardan xallar qoparırsınız. Asiyada isə inkişafa böyük şanslar yoxdur. Ancaq yoldaşlıq oyunlarında. Foqts mənim sözlərimi təsdiqləyər: futbolçular güclü rəqiblərlə oynayanda inkişaf edə bilərlər.
