17 noyabr 2013 12:52
Foqts Qırğızıstanla oyunda fərqli heyətə güvənəcək
Futbol üzrə Azərbaycan yığması bu gün Estoniyadan Qırğızıstana yollanacaq. Azerisport.az xəbər verir ki, noyabrın 19-da Bişkekdə yerli komanda ilə sınaq matçına çıxacaq millimiz axşam saatlarında mənzil başına çatacaq.
Estoniya ilə oyundan (1:2) sonra heyətdə ciddi itki yoxdu. Belə ki, bütün futbolçular növbəti görüşdə forma geyməyə hazırdılar. Lakin baş məşqçi Berti Foqtsun bu qarşılaşmada heyətdə müəyyən rotasiya aparması gözlənilir. Belə ki, Estoniya ilə görüşdə forma geyməyən oyunçuların qırğızlarla qarşılaşmada meydana çıxması istisna olunmur.
