17 noyabr 2013 00:47
Bakının futbolçuları Parisi gəzib, Lansa uduzdu
"Bakı"nın U-15 komandasının Fransada keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Parisə səyahət edən gənc futbolçular paytaxtın tarixi güşələrini gəzərək, ətraflı ekskursiya proqramı çərçivəsində Eyfel qülləsinə qalxaraq, şəhərə quş uçuşu gözü ilə baxıblar.
Sena çayını qayıqla keçən futbolçular şəhər bulvarını dolaşdıqdan sonra Monmartrı ziyarət ediblər. Bir günlük paytaxt gəzintisindən sonra Lansa qayıdan futbolçular klub prezidenti Jerve Martellə görüşüblər. Cənab Martel azərbaycanlı qonaqları salamlayaraq, onlara gələcək fəaliyyətinlərində uğurlar arzulayıb.
Ardından komanda sayca ikinci yoxlama oyununa çıxıb. Lanslı həmyaşıdları ilə qarşı-qarşıya gələn U-15 oyundan 0:4 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı daha 1 həftə davam edəcək.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı daha 1 həftə davam edəcək.
