17 noyabr 2013 12:37
Elnur Allahverdiyev: Qırğızıstan ilə oyunda qələbə qazanacağımıza inanırıq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev Qırğızıstana qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Estoniyaya məğlub olmağımıza (1:2) baxmayaraq, Bişkekə yaxşı əhval-ruhiyyədə yollanırıq. Qələbəyə inanırıq. Bu, bizim 2013-cü ildəki son oyunumuzdu. Ona görə də ili qələbə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
