17 noyabr 2013 00:08
Foqts yığmamızın üzvlərini axşam məşqindən azad etdi
Futbol üzrə Azərbaycan yığması Qırğızıstana qarşı keçirəcəyi yoldaşlıq oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız şənbə günü Tallində cəmi bir məşqə çıxıb.
Estoniya ilə oyundan sonra bu ölkədə hazırlıq keçən Berti Foqtsun komandası ötən gün yalnız səhər məşq edib. Axşam məşqi isə almaniyalı mütəxəssis tərəfindən ləğv olunub. Foqts Bişkekə səfər öncəsi futbolçulara kiçik istirahət verib.
Qeyd edək ki, Azərbaycan yığması bu gün saat 13:00-da Estoniyadan uçuş edəcək və 17:40-da Bişkekə çatacaq. Noyabrın 19-da isə Bişkekdə milli komandamız yerli Qırğızıstan yığması ilə üz-üzə gələcək. Oyun 19:00-da başlayacaq. Bu oyun yığmanın 2013-cü ildə keçirdiyi son oyun olacaq.
