17 noyabr 2013 12:20
Rahid Əmirquliyev: Ümid edirəm ki, vətənə qələbə ilə dönəcəyik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev Qırğızıstana qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Estoniya və Qırğızıstanla oyunlar öncəsi qarşımıza qələbə qazanmaq hədəfi qoyulmuşdu. Təəssüf ki, Tallində buna nail ola bilmədik. Bişkekdə isə mütləq qələbə qazanmağa çalışacağıq. Ümid edirəm ki, vətənə qələbə ilə qayıdacağıq".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
