17 noyabr 2013 12:05
Rauf Mehdiyev: Nəzirovun bəzi çatışmazlıqları olsa da, pis oynamadı
Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Rauf Mehdiyev Estoniya ilə yoxlama oyununda 90 dəqiqə meydanda olan və 2 qol buraxan Anar Nəzirovun çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Anar pis oynamadı. Nəzərə almaq lazımdı ki, o, çoxdan idi əsas yığmada oyun keçirmirdi. Bəzi çatışmazlıqları var idi. Onların üzərində işləmək lazımdı. Kamran Ağayevin yoxluğuna gəlincə, yığmamızın digər qapıçıları onsuz da maksimum çalışırlar".