17 noyabr 2013 11:50
Mahir Şükürov: Qırğızıstanla oyunda bizi ancaq qələbə qane edəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Qırğızıstana qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bişkekə qələbə üçün gedirik. Başqa heç bir nəticə bizi qane etməyəcək. Estoniyaya məğlubiyyətə (1:2) gəlincə, buna imkan verməməliydik. Biz orda da qələbə qazanmalıydıq".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
