17 noyabr 2013 10:51
"Buraxılan qollarda mənim səhvim yox idi"
Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Anar Nəzirovun azerisport.az saytına müsahibəsi
- Estoniya ilə yoxlama oyununu (1:2) necə şərh edə bilərsiz?
- Prinsipcə, biz oyuna yaxşı başlamışdıq. Bizdə hər şey yaxşı alınırdı. Ona görə də belə bir qarşılaşmada məğlub olmağımız bizə çox ağır gəlir. Hesabda öndə olduğun qarşılaşmanı məğlub bitirmək ikiqat üzücüdü. İlk qolu vurandan sonra uduzacağımızı düşünmək mümkünsüz idi.

- Bəs üstünlüyü qorumağınıza nə mane oldu?
- Ola bilsin ki, bir qədər arxayınlaşdıq. Digər tərəfdən meydanda xeyli yeni futbolçu var. Aydın məsələdi ki, belədə komanda üzvləri arasında anlaşma səviyyəsi də ideal deyildi. Baxmayaraq ki, hamı özünü göstərməyə, yaxşı oyun sərgiləməyə çalışırdı. İstənilən halda, bizim bu oyunda uduzmağa heç bir səbəbimiz yox idi.

- İkinci hissəni tamamilə boşa verdiyinizi demək olar?
- Fasilədən sonra öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də bizi arxayınlaşdıran əsas məqamlardan biri də rəqibin birinci hissədə zəif təsir bağışlaması idi.

- Kamran Ağayevin yoxluğunda Berti Foqts sizə güvəndi. Həyacan yox idi?
- Deməzdim. Sakit idim, heç bir təzyiq hiss etmirdim. Necə də olsa, bu, adi bir yoldaşlıq görüşü idi.

- Buraxılan qollarda özünüzü günahkar saymırsız?
- Siz özünüz də hər şeyi gördünüz. Qapıçı komandaya kömək etmək üçündü. Hesab edirəm ki, buraxılan qollarda mənim səhvim yox idi.