17 noyabr 2013 20:55
İsrafilov Sportingi məğlub etməyə kömək edə bilmədi
İspaniyada “Segunda”nın 14-cü tur oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Eddi İsrafilovun komandası “Real Murcia” evdə “Sporting Gijón”la 1:1 hesablı heç-heçə oynayıb.
Qeyd edək ki, İsrafilov meydanda 90 dəqiqə mübarizə aparıb. Hazırda “Real Murcia” 21 xalla 7-ci pillədə qərarlaşıb.
