17 noyabr 2013 20:33

Maksim Medvedev: 70-ci dəqiqədən sonra oyunum alınmırdı

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində Estoniya yığmasına məğlubiyyət (1:2) haqda danışıb.
 
Oyun haqda hansı təəssüratlarınız var?
Belə çətin oyun olacağını gözləmirdik. Ümumiyyətlə, meydanın vəziyyəti məyus etdi. Düşünürdük ki, qazon daha yaxşı olacaq. Estoniya necə olmasa da, Avropadır. Öz futbolumuzu göstərmək üçün hər şey etdik, ancaq bu, bizdə pis alındı. Vurulmuş qoldan sonra hər şeyin yaxşı olacağı görünürdü. Ancaq rəqibin taktiki dəyişiklikləri oyunun gedişini dəyişdi.
 
Bəlkə biz təcrübələrə əl atdıq?
Estoniya yığmasının fasilədən sonra taktiki gedişlər etdiyini nəzərdə tuturam. Onlar bizimlə başqa cür oynamaq lazım olduğunu anladılar.
 
Siz artıq “dayaqçı” olursunuz?
Bu gün yalnız dayaq zonasında oynamadım. Hələ müəyyən tapşırıqlar vardı. Mahir Şükürova cinahda və mərkəzi zonada kömək etməli idim.
 
Rauf Əliyev azerisport.az saytına müsahibəsində komandanın ikinci hissədə “yatdığını” deyib. Sizə də belə gəlir?
Ola bilər ki, kənardan belə görünürdü. Əgər düzünə qalsa, məndə 70-ci dəqiqədən sonra oyun getmirdi. Belə qazonda top qovmaq çox çətindir. Oxşar vəziyyəti oyundaşlarımda da gördüm. Nəticədə udsuzduq.
 
Demək, fiziki cəhətdən estonlara uduzmadıq?
Necə deyim... Biz yaxşı meydanda məşq edib yüngül futbol oynamışdıq. Ancaq bura gəlib bu qazonu gördük. Hər şeyi meydanın üzərinə yıxmaq istəmirəm, ancaq bu, bizə çox mane oldu. Ola bilər məhz buna görə də biz “fizika”da uduzduq. Doğma divarların şəraitinə alışmış rəqibə isə həmişə asan olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.