17 noyabr 2013 19:23
"Araz Premyer Liqaya vəsiqə qazanmaq istəyir"
Naxçıvanın "Araz" komandasının baş məşqçisi Əsgər Abdullayev 1-ci Divizionda çıxış edən klubunun hədəfləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün bizim komandaya lazımi şərait yaradılıb. İstəyirik ilk mövsümdən uğurlu çıxış edək. Əsas hədəf Premyer Liqaya vəsiqə qazanmaqdı. Heyət bizə bu hədəfə çatmağa imkan verəcək. Mövsümün sonundə Premyer Liqaya vəsiqə əldə etmək naminə hər oyuna qələbə üçün çıxırıq. İnanırıq ki, məqsədimizə çatacağıq".
