17 noyabr 2013 19:02
Yunis Hüseynov: Qırğızıstanla oyun bizə heç nə verməyəcək
"Xəzər Lənkəran" klubunun keçmiş baş məşqçisi Yunis Hüseynov millimizin Estoniya ilə keçirdiyi yoldaşlıq oyununu şərh edib. Azerisport.az saytıa açıqlamasında o, bunları söyləyib:
"Matçı göstərməyiblər, ona görə baxmamışam. Nəticəyə gəldikdə, rəqibin zəif olmadığını əvvəldən demişdim. Estoniya yaxşı futbolçulara malikdi. Onlar bizimlə bərabər komandadı. Mətbuatdan öyrəndim ki, Azərbaycan ikinci hissədə çox pis oynayıb. İndi qalır Qırğızıstanla görüş. Həmin oyun fikrimcə, bizə heç nə verməyəcək. Seçmə mərhələ artıq başa çatıb. Bu məqamda bu oyun nə verə bilər ki? Yaxşı olar ki, gələcək oyunlarda nisbətən güclü komandalarla qarşılaşaq".
