17 noyabr 2013 18:17
Fərhad Vəliyev: Ümid edirəm ki, Qırğızıstanla oyunda qapı mənə tapşırılacaq
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev Qırğızıstana qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Estoniya ilə görüşə də (1:2) toxunub:
"Tallindəki qarşılaşmada oynayacağımı düşünürdüm. Amma baş məşqçi Anar Nəzirova üstünlük verdi. O, Estoniya ilə görüşdə yaxşı təsir bağışladı. Meydanda ən yaxşılardan biri idi. Oynamasam da, ruhdan düşmürəm. Ümid edirəm ki, Bişkekdə keçiriləcək Qırğızıstanla qarşılaşmada forma geyə biləcəm".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
