17 noyabr 2013 18:05
Rəvan yoxlama oyununda qalib gəldi
Yiğmaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan” bu gün yoxlama oyunu keçirib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, əsas komanda əvəzedicilərlə qarşılaşıb.
Hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Xuan Manuel Varea və Elnur Abdulov vurub.
Qeyd edək ki, bu oyunda əsas komandada zədəli futbolçulardan – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geymək şansı qazanıb.
Onu da əlavə edək ki, sabah istarahət edəcək futbolçular ayın 19-dan "Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Rəvan” matçı noyabrın 24-də, saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda başlayacaq.
