17 noyabr 2013 14:55

Fərid Novruzi: Əliyevlə Abışovu yığmamızda görmək istərdim

Azərbaycan çimərlik futbolu federasiyasının prezidenti Fərid Novruzi azerisport.az saytına müsahibəsində yığmaya portuqaliyalı mütəxəssis Ze Migelin təyinatı və yığmanın məqsədləri haqda danışıb.
 
Bu yaxınlarda federasiya Ze Migellə müqavilə imzaladı. Seçim nəyə görə məhz onu üzərinə dayandı?
Biz bir neçə namizəd arasında seçim apardıq. Ancaq burada həmçinin beynəlxalq çimərlik futbolu federasiyasının məsləhətləri də rol oynadı. Biz bir komanda kimi yaşı inkişaf edirik və yaxşı nəticələr göstəririk. Üstəlik, komandamız 2015-ci ildə ilk Avropa oyunlarında iştirak edəcək. Təbii ki, bizə maraq artıb. Məhz buna görə onlar bizə baş məşqçi seçimində kömək edərək Ze Migelə müraciət etməyi məsləhət gördülər. İndi o, bizimlə iki il işləyəcək.
 
Ze Migel güclü komanda ilə işləməyə alışıb. O, Portuqaliya yığmasına DÇ-də gümüş medallar qazandırıb. Azərbaycan yığması Portuqaliya yığmasından səviyyəcə çoxgeri qalır. Bu, onun işində öz əksini tapacaq?
İndi onun qarşısında yığmamızı həmin səviyyəyə qaldırmaq tapşırığı qoyulub. İndi biz səviyyəcə yalnız ilk onluq komandalarından geri qalaraq ikinci onluğa daxilik. Təbii ki, Portuqaliya, İtaliya, İspaniya, Braziliya, Rusiya - bu komandalar onillərlə çimərlik futbolu oynayırlar. Onlar bu idman növünə böyük diqqət ayırırlar. Biz isə beşillik müddətdə mövcuduq və böyük uğurlar haqda danışmaq hələ tezdir. Yığmada çatışmayan cəhətlərimiz - texnikamız axsayır və dözümlülüklə bağlı çətinliklərimiz var. Futbolçularımız təcrübəlidir. Güclü yarışlarda çıxış ediblər. Düşünürəm ki, onlardan güclü yığma təşkil etmək olar.
 
Aydındır ki, çimərlik futbolu özünün “böyük qardaşından” fərqlənir. Ancaq sizin fikrinizi bilmək istərdik: Azərbaycan yığmasının hansı oyunçusunu öz yığmanızda görmək istərdiniz?
Təbii ki, siz düz qeyd etdiniz, çimərlik futbolu çox fərqlənir. Çimərlik futbolunda möhkəmlik, “fizika”, yaxşı hazırlıq lazımdır. Oyunçu “yüngül”, dözümlü olmalıdır. Bütün futbolçularımız bununla seçilir. Ancaq onların içində iki nəfəri seçərdim. Düzdür, onların çimərlik futbolunda iştirakı real deyil. Əgər nəzəri yanaşsaq, mən komandada Rauf Əliyevlə Ruslan Abışovu görmək istərdim.
 
Söhbət əsnasında, yerli çimərlik futbolunda  Zeynal Zeynalov kimi məşhur şəxs var. Demək olar ki, o, tarixə üç növdə iştirakla, hətta qol vurmaqla düşüb: böyük futbol, futzal və çimərlik futbolu.
Bəli, vurub (gülür). Fəxr edirik ki, Zeynal bizim komandamızdadır. İndi o, məşqçi köməkçisidir.
 
Yığma toplanışlara nə vaxt başlayacaq?
Yanvardan fəal toplanışlara başlayırıq. Hələ hara gedəcəyimizi müəyyən etməmişik, ancaq, təbii ki, bu, cənub, isti ölkələr olacaq. Orada yerli klublar və hətta yığma ilə oynamağı planlaşdırmışıq.
 
Biz bilirik ki, siz alpinizmi sevirsiniz. Məsələn, Facebook-da tez-tez zirvələri Azərbaycan bayrağı ilə fəth etdiyiniz şəkilləri görmək olar. Bir qayda olaraq insan fərqli sahələrdə çalışanda, burada nə isə ümumi bir məfhum olur. Maraqlıdır, alpinizm sizə biznesdə və federasiyaya rəhbərlikdə nə ilə kömək olub?
Alpinizmdə sən çağırış edirsən, qarşında çatmağa məqsəd qoyursan. İdmanın digər növlərinə olduğu kimi. Biznesdə nəyəsə nail ola bilərsən, olmaya a bilərsən. Burada nəticə sənin fiziki imkanlarından asılı deyil. Çimərlik futbolunda olduğu kimi: “fizika” həlledici deyil. Burada məşqçi işi, komandanın qarşılıqlı anlaşması var. Alpinizm isə fərdi fəaliyyətdir. Sən zirvəyə qalxa, yaxud qalxmaya bilərsən. Ancaq zirvəni fəth etsən, bu, sənin istənilən fəaliyyət sahəsində məqsədə çatmaq üçün keyfiyyətləri əldə etməyinə təsir edəcək. Buna görə də, bəli, alpinizm mənə həyatda kömək olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.