17 noyabr 2013 14:00
Böyükağa Hacıyevdən Berti Foqtsa cavab
“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Hacıyevin sözlərinə verdiyi şərhə azerisport.az saytında cavab ünvanlayıb.
“İlk növbədə qeyd edim ki, mən Estoniya Qırğızıstan yığmaları haqda artıq-əskik danışmamışam. Burada hörmətsizlikdən söhbət belə gedə bilməz. Hər iki ölkənin komandası ilə bizim dost münasibətlərimiz var. Mən sadəcə millinin inkişafını Qırğızıstanla oyunda nümayiş etdirməyin gərəksiz olduğunu demişəm. Bu komanda ilə oyunun nəticəsi heç nəyi əks etdirməyəcək. Niyə biz daha güclü rəqiblərlə oynamırıq? Komandanın səviyyəsi belə oyunlarda müəyyən edilir. Mən məhz bunu demişəm və fikrimdə də qalıram”.
