17 noyabr 2013 00:54
Simurq Sumqayıtla oyuna tam heyətlə hazırlaşır
Milli komandanın beynəlxalq yoldaşlıq görüşləri ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Simurq" hazırlıqlarını doğma arenada davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti turda "Sumqayıt"ın qonağı olacaq komanda ötən gün əvəzedici heyətlə ikitərəfli oyun keçirib və görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.
Stadionda görülən işlərə baxmaq üçün Zaqatalaya təşrif buyuran klub prezidenti Anar Bəkirov da əsas və əvəzedici heyətlər arasındakı qarşılaşmanı izləyib. Həmçinin icraçı direktor Vaqif Əliyev və menecer Zöhrab Əliyevdə oyunu tamaşa edib. İstirahətdən sonra gündə yetimələrinə iki məşq keçən məşqçilər korpusu hazırlıqları bir məşqə keçirməyi planlaşdırır.
Hazırda heyətdə zədəli və cəzalı futbolçuların olmaması onları "Sumqayıt"la oyunöncəsi sevindirən amillərdəndi.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu noyabrın 22-də, saat 17:00-da start götürəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
