17 noyabr 2013 13:01
Rüfət Dadaşov: Qırğızıstan ilə oyunda daha fəal olmalıyıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Qırğızıstana qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Estoniya ilə pis oynamadıq. Həm hücumda, həm də müdafiədə yaxşı oynadıq. İlk dəqiqələrdən bizdə əks-hücumlarda heç nə alınmırdı. Qırğızıstanla oyunda biz daha fəal olmalıyıq".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
