16 noyabr 2013 00:38
Bernard Lippert Makedoniya məğlubiyyətini şərh etdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Makedoniya - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 1:0 hesabıyla qalib gələn yığmamızın baş məşqçisi Bernard Lippert bunları söyləyib:
"Birinci hissədə rəqibin çox böyük təzyiqi ilə üzləşdik. Amma fasiləyə qədər qapımızı toxunulmaz saxlaya bildik. İkinci hissədə oyunda bərabərlik yarada bilsək də, qapımıza gedən topun futbolçuya toxunub istiqamətini dəyişməsi nəticəsində qol buraxdıq. Hesabda geri düşdükdən sonra daha riskli oynayıb hücumlarımızı gücləndirsək də, təəssüf ki, qol vura bilmədik".
