16 noyabr 2013 12:43
Maksim Medvedev Tallindəki stadionun qazonundan şikayətləndi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Estoniyaya qarşı keçirilmiş yoldaşlıq oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Belə çətin oyun olacağını gözləmirdik. Ümumiyyətlə, meydanın vəziyyəti bizi məyus etdi. Düşünürdüm ki, qazon yaxşı olar. Axı Estoniya da Avropa ölkəsidi. Öz futbolumuzu sərgiləmək üçün əlimizdən gələni etdik. Amma yenə də alınmadı. Qol vurandan sonra hər şeyin yaxşı olacağı görüntüsü var idi. Lakin rəqib komandanın etdiyi taktiki dəyişikliklər matçın gedişatını dəyişdi və məğlub olduq".