16 noyabr 2013 12:31
FİFA referimiz Albaniyaya qələbə qazandırdı
Azərbaycanlı hakimlər briqadası 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələ oyununu idarə ediblər. Azerisport.az xəbər verir ki, bu, Macarıstan - Albaniya görüşünə təsadüf edib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov olub. Ona yan xətt hakimləri Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olublar. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
Qarşılaşmaya gəlincə, albanlar səfərdə 2 cavabsız qolla qalib gəliblər. Həsənov 75 və 83-cü dəqiqələrdə qol qeydə alıb. FİFA referimiz həmçinin 58 və 85-ci dəqiqələrdə qonaqların iki futbolçusuna sarı vərəqə verib.
