16 noyabr 2013 00:29
"Azərbaycan yığmasını yaxşı təhlil etmişdik"
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Makedoniya - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 1:0 hesabıyla qalib gələn Makedoniya yığmasının baş məşqçisi Boban Babunski bunları söyləyib:
“Oyunun ağır olacağını bilirdik. Azərbaycan yığmasının Norveç komandasına qarşı oyununa baxmışdıq. Rəqibimizi, xüsusilə, əsas millidə çıxış edən futbolçuları yaxşı təhlil etmişdik. Biz ev oyunlarında yaxşı təsir bağışlayan komandayıq. Bu gün bacarıqla müdafiə olunduq. Çətin qələbə qazandıq”.
