16 noyabr 2013 12:07
Dmitri Kruqlov: Azərbaycandan daha yaxşı oynadıq
Futbol üzrə Estoniya yığmasının yarımmüdafiəçisi Dmitri Kruqlov Azərbaycana qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, estoniyalı futbolçu komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Azərbaycan meydanda yaxşı hərəkət edirdi, topa sahib olmağa çalışırdı. Amma biz bu oyunda qalib gəlməyə borclu idik. Komandamız daha çox qol epizodu yaradırdı. Fikrimcə, layiqli qələbə qazandıq".
