16 noyabr 2013 00:04
Vaqif Cavadov: Estoniyalı azarkeş xalqımızı təhqir etdiyi üçün ona cavab verdim
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Estoniya ilə yoldaşlıq oyununda yerli azarkeşlərlə münaqişəyə girib. Azerisport.az saytına müsahibəsində o, həmin hadisəni belə şərh edib:
"Həmin azarkeş çox kobud söyüş söydü. Özü də o, təkcə məni yox, bizim digər oyunçularımızı da təhqir etdi. Sonra da Azərbaycana və azərbaycanlılara keçdi. Artıq onda özümü saxlaya bilmədim və ona cavab verdim. Azərbaycan xalqı təhqir olunanda susa bilməzdim".