16 noyabr 2013 11:54
"Azərbaycan üzərində layiqli qələbə qazandıq"
Futbol üzrə Estoniya yığmasının kapitanı Konstantin Vasilyev Azərbaycana qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, estoniyalı futbolçu komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Əla matç idi. Bütün oyunboyu əla futbol sərgilədik. Fikrimcə, rəqibdən daha üstün idik və tamamilə layiqli bir qələbə qazandıq".
