16 noyabr 2013 11:47
Tarmo Ryüütli: Azərbaycan bu gün aqressiv deyildi
Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Ryüütli Azərbaycana qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, estoniyalı mütəxəssis komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Birinci hissəni biz o qədər də uğurlu keçirmədik. Amma ikinci yarıda oyunda dönüş yarada bildik. Rəqibimiz adəti əksinə o qədər də aqressiv çıxış etmirdi. Halbuki, biz onların əvvəlki oyunlarını izləmişdik və necə aqressiv oyun sərgilədiklərini bilirdik. Şadam ki, qələbə qazandıq".