16 noyabr 2013 21:15
İnter - Sumqayıt matçında 11 qol (FOTOREPORTAJ)
Yığma komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan "İnter"lə "Sumqayıt" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, sözügedən komandalar "Şəfa" stadionunda bir-biri ilə üz-üzə gəlib.
"Bankirlər" bu oyuna aşağıdakı heyətlə çıxıb: Georgi Lomaya, Matiya Şpiçiç, Brüs Abdulay, Elhad Nəziri, Arif Daşdəmirov, Derlis Meza Kolli, Abdulla Abatsiyev, Slavço Georgiyevski, Asif Məmmədov, Aleksandr İaşvili, Sezar Meza Kolli.
İkinci hissənin gedişində meydana bu futbolçular daxil olub: Joao Paulo, Abbas Hüseynov, Samir Zərgərov, Mikel Alvaro, Coşqun Diniyev və Ramil Mansurov.
Qarşılaşma "İnter"in 8:3 hesablı qələbəsilə başa çatıb. "İnter"in heyətində Asif Məmmədov və Mikel Alvaro hərəyə iki dəfə fərqləniblər. Komandanın digər qollarını isə Abdulla Abatsiyev, Aleksandr İaşvili, Sezar Meza Kolli və Samir Zərgərov vurublar.
