16 noyabr 2013 15:04

“Bu seriyanı dayandırmağa çalışacağıq”

“İnter”in müdafiəçisi Ruslan Əmircanov klub saytına müsahibəsində “Simurq”la matç barədə danışıb, komandanın cari mövsümdəki ambisiyalarından söhbət açıb və digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Simurq”la matç kifayət qədər gərgin alındı. Ancaq hər iki tərəfin cəhdlərinə baxmayaraq, tamaçaşılar bu görüşdə qol görmədilər...
- Biz bilirdik ki, görüş çox ağır olacaq. Birinci dövrədə bu komandaya məğlub olmuşduq. Buna görə də onlarla oyuna ikiqat səylə hazırlaşırdıq. Həmin məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. İlk hissədə “Simurq”un daha çox qol vəziyyəti oldu. Lakin qapıçımız Georgi Lomayanın inamlı oyunu qonaqlara hesabı açmağa imkan vermədi. Fasilədə məşqçimiz bəzi dəyişikliklər etdi və bundan sonra daha yaxşı oynadıq. Komanda daha inamla hərəkət etməyə başladı. Biz bir neçə təhlükəli vəziyyət yaratdıq. Ancaq həmin vəziyyətlərdən yararlana bilmədik. Yekun heç-heçə bizə bir siqnal olmalıdı ki, heç bir halda rahatlaşmamalıyıq. Çempionatda zəif komanda yoxdu və hər xala layiq olmalısan.
 
- Milli komandanın oyunlarıyla əlaqədar oyundan dərhal sonra çempionatda fasilə yarandı. Necə düşünürsüz, yaranmış fasilə “İnter”ə necə təsir göstərəcək?
- Düşünürəm ki, fasilə bizə faydalı olacaq. Çempionatın ən məsuliyyətli mərhələsinə yaxınlaşmışıq və indi bizə xal toplamaq lazımdı. Fasilə çərçivəsində keçirilən məşqlərin bizə faydalı olacağını düşünürəm. Bu vəziyyət bizə “Neftçi” ilə oyuna yaxşı hazırlaşmağımıza kömək edəcək. Bir sözlə, düşünürəm ki, bu fasilənin “İnter”ə daha çox faydası olacaq.
 
- Qeyd etdiyiniz kimi, “İnter” növbəti turda “Neftçi” ilə qarşılaşacaq. Bu yaxınlarda komandaya yeni məşqçi - Nazim Süleymanov təyin edildi. Rəqib hazırda “Qarabağ”la turnir cədvəlində 1-ci yeri bölüşür. Qarşıdakı matç barədə nə deyə bilərsiz?
- Nazim Süleymanov yerli məşqçilərin ən yaxşı nümayəndələrindən biridi. Bundan başqa, o, yaxşı futbolçu olub və bu oyunun bütün incəliklərini bilir. “Neftçi”nin nəyə qadir olduğunu bilirik. Son turda “Bakı” kimi güclü rəqiblə azlıqda oynamağa məcbur olsalar da, bu, onlara qələbə qazanmağa mane ola bilmədi. Son zamanlar “Neftçi” ilə oynumuz yaxşı alınmır. “İnter”də olduğum müddətdə bu komandayla bir heç-heçə oynamışıq, qalan oyunlardasa meydandan məğlub ayrılmışıq. Bu seriyanı dayandırmağa çalışacağıq. Doğma stadionda oynacağıq. Çox güman  ki, baş məşqçimiz bizə vacib tapşırıqlarını verəcək. Məşqçimizin bütün tapşırıqlarını yerinə yetirə bilsək, o zaman nəticə əldə edə biləcəyik.
 
- “İnter” hazırda turnir cədvəlində 5-ci yeri tutur. Necə düşünürsünüz, komanda daha yüksək yerlərə yüksələ biləcək?
- Bu, həm oyunçulardan, həm də məşqçilər korpusundan asılıdı. Məşqçi tapşırıqlarını verir, taktiki sxemləri seçir, ancaq onun ideyalarını reallaşdırmaq məhz futbolçulara həvalə olunur. “İnter”in yaxşı icraçıları var, kollektiv mehribandı və bu keyfiyyətlər bizə daha yüksək yerlərə ucalmağa mütləq kömək etməlidi. Belədə, bizə yalnız meydana çıxmaq və meydanın hər sahəsi uğrunda mübarizə aparmaq qalır. Əgər mütəmadi olaraq xal toplasaq, o zaman daha yüksək yerlərdən danışa bilərik. Bu, bizim məqsədimizdi və bu məqsədə doğru addımlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.