16 noyabr 2013 14:45
AZAL Qəbələ ilə oyuna altı futbolçusuz çıxa bilər
AZAL futbol üzrə Topaz Premyer Liqasının 14-cü turunda "Qəbələ"yə qarşı tam heyət çıxarmaya bilər. Azerisport.az xəbər verir ki, Aleksandr Şemonyaev, Samuel Barlay, Vladimir Boqdanoviç "təyyarəçilər"ə cəzandıqları üçün kömək edə bilməyəcəklər.
Orxan Həsənov, Oskar Klava, Ruslan Tağızadə isə zədəlidir. Cavid Tağıyev və Viktor İbekoi arıtq sağalıb və oynamağa hazırdır.
