16 noyabr 2013 14:29
Kruqlov: Bu estonların günü idi
Estoniya yığmasının müdafiəçisi Dmitri Kruqlov Azərbaycan yığması üzərində 2:1 hesablı qələbədən sonra azersport.az saytının müxbirinin suallarını cavablayıb.
Oyun haqda hansı təəssüratlarınız qaldı?
Düşünürəm ki, oyun azarkeşlər üçün maraqlı oldu. Birinci hissədə Azərbaycan yığması hesabda irəli keçdi. Fasilədən sonra biz silkələnib oyunu dəyişdik. Azərbaycan yığması oyuna daha çox nəzarət edirdi. Bu, onlarda bizdən yaxşı alınırdı. Düşünürəm ki, nəticə qanunauyğundur. Hər şey düzdür.
İkinci hissədə Estoniya artırdı ya Azərbaycan yığması səngidi?
Yaxşısı budur ki, mən öz komandamızı tərifləyim (gülümsəyir). Bütün futbolçularımız doğrudan da artırdılar. Rəqibin cərimə meydanı qarşısında gərginlik yaratdılar. Bizim istifadə edə bilmədiyimiz epizodlara baxmaq kifayətdir.
Siz oyun ərəfəsində komandaların fərqli oyun üslubu nümayiş etdirdiyini demişdiniz. Estoniya daha yaxşı oldu?
Bilirsiniz, əgər nəticə nöqteyi-nəzərindən hesab edirsinizsə, onda bu, bizə qələbə gətirdi. Azərbaycanlılar qısa ötürmələrlə oynamağa, kombinasiyalı oyuna üstünlük verirlər. Bu gün bizdə yaxşı alındı. Bu bizim günümüz idi, rəqibin yox.
Keçmiş həmklublarınıza qarşı oynamaq necə idi?
Əlbəttə yenidən Elnur Allahverdiyev, Ruslan Əmircanov, Vova Levinlə görüşmək xoş idi. Prinsipcə, oyunda hər şey unudulur. Futbol oynamaq vacibləşir.
Yeri gəlmişkən, oyundan sonra sizi Levindən qoparmaq olmazdı. Nə haqda danışırdınız?
Bax bunu sizə deməyəcəyəm (gülümsəyir). Bizə aid olan haqda danışırdıq.
