16 noyabr 2013 13:45
Azərbaycan yığması sabah Bişkekə uçacaq
Futbol üzrə Azərbaycan yığması sabah Bişkekə uçacaq. Azerisport.az xəbər verir ki, milli sabah 13:00-da Estoniyadan uçuş edəcək və 17:40-da Bişkekə çatacaq.
Noyabrın 19-da Bişkekdə milli komandamız yerli Qırğızıstan yığması ilə üz-üzə gələcək. Oyun 19:00-da başlayacaq. Bu oyun yığmanın 2013-cü ildə keçirdiyi son oyun olacaq.
