16 noyabr 2013 13:22
Syomin Qəbələyə yeni oyunçu cəlb etdi
Premyer Liqanın 14-cü turu çərçivəsində doğma meydançada baş tutacaq "Qəbələ" -AZAL oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə yeni futbolçu qatılıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu, "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının heyətində top qovan Şamil Camalədinnovdu.
Ampluaca yarımmüdafiəçi olan Şamil 1995-ci il mayın 1-də anadan olub. Yarımmüdafiəçi Azərbaycan U-19 komandasının üzvüdü.
