16 noyabr 2013 01:07
"Qələbəni qorumaq üçün 2-ci qolu vurmalıydıq"
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Estoniya ilə yoldaşlıq görüşünü şərh edib. Azerisport.az saytına müahibəsində o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Birinci hissədə biz qol vurmağı bacardıq. Ümumiyyətlə, fasiləyə qədər yaxşı oynadıq. Amma ikinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci qolu vurmağa çalışmalıydıq. Belədə üstünlüyümüzü artıracaqdıq və qələbə qazanmaq şansımız daha çox olacaqdı. Lakin bunun əvəzində öz qapımızda iki qol gördük. Özümə gəlincə, nə qədər yaxşı oynadığımı bilmirəm. Bütün gücümlə komandama yardım etməyə çalışdım".