15 noyabr 2013 12:35

Ruslan Əmircanov: Millidə kiminsə yerini tutduğumu düşünmürəm

Futbol üzrə Azərbaycan yığmasının və "İnter"in müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
 
- Estoniya ilə oyundan nə gözləyirsiz?
- Hazırda bütün diqqətimiz bu oyuna yönəlib. Fikrimcə, komandamız estonlarla görüşdə müsbət nəticə qazanacaq gücdədi.
 
- Siz yığmaya son anda çağırıldınız. Heç olmasa məşq edə bilmisiz?
- Yığma ilə yox. Amma klubumda formamı saxlamağa çalışırdım. Ona görə də funksional hazırlıq baxımından problemim yoxdu.
 
- Milliyə dəvətinizi necə qarşıladınız?
- Təbii ki, sevindim. Adımı ilkin siyahıda görməyəndə üzülmüşdüm. Seçmə mərhələ oyunlarından sonra Foqtsla söhbətim olmuşdu. O, mənə demişdi ki, oynamağa davam edim və yığmaya dəvət gözləyim.
 
- Amma sizi zədələnən futbolçuların əvəzində yığmaya çağırdı...
- Zədələnən futbolçularımıza tez bir zamanda sağalmağı arzulayıram. Kiminsə yerini tutduğumu düşünmürəm. Çalışacam ki, Foqtsun məni dəvət etməklə səhvə yol vermədiyini sübut edim.
 
- Estoniya barədə nə deyə bilərsiz? Ümumiyyətlə, bu komanda ilə səfərdə oynamaq nə dərəcədə düzgün qərardı?
- İki dəfə burda olmuşam. Matçın səfərdə keçirilməsinə gəlincə, bu, komandamızın xeyrinədi. Doğma meydanda onsuz da yaxşı çıxış edirik. Eyni oyunu səfərdə də sərgiləməyi bacarmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.