15 noyabr 2013 00:17

Azərbaycan üçün Estoniya sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Estoniyanın qonağı olacaq.
 
Bəribaşdan qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Estoniya bundan öncə bir neçə dəfə Azərbaycan yığmasına rəqib olub. Yığmamız tarixi ərzində 8-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 7 qarşılaşmada Azərbaycan cəmi 1 dəfə qələbəyə sevinə bilib. Estonların qələbəsi isə bizdən çoxdu - 2. Daha 4 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də rəqibimiz daha yaxşı göstəriciyə malikdi – 6:4. Maraqlı məqamlardan biri ondan ibarətdi ki, Estoniya ilə heç vaxt rəsmi turnirlərdə qarşılaşmamışıq. Bir sözlə əvvəlki 7 qarşılaşma da yalnız yoxlama görüşü çərçivəsində baş tutub.
 
İlk dəfə bu rəqiblə 1996-cı ilin 15 fevralında Larnakada qarşılaşmışıq. Həmin görüşdə hesab açılmayıb. Bir il sonra - martın 1-də yenə Larnakada baş tutan növbəti görüşdə isə Estoniya 2 cavabsız qolla qalib gəlib. Elə həmin ilin 4 iyununda Vilyandidə keçirilən qarşılaşmada da sevinən tərəf estonlar olublar - 1:0. 1998-ci ilin 16 mayında Vilyandidə oynanılan matçda tərəflər qapılara yol tapa bilməyiblər. 1998-ci ilin 28 noyabrında Gəncədə keçirilən dueldə isə nəhayət yığmamız da estonlar üzərində qələbəyə sevinib - 2:1. 1999-cu ildə (6 mart) Larnakada (2:2) və 2002-ci ildə (3 iyul) Kuressaaredə (0:0) baş tutan görüşlərdə də heç-heçə qeydə alınıb. İndi yığmamız bu rəqiblə görüşlərdə qələbə sayında bərabərliyə nail olmaq imkanına malikdi.
 
Estoniya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 99-cu yeri tutur. Göründüyü kimi, estonlarla müqayisədə reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 88-ci pillədə qərarlaşıb) bir qədər irəlidədi. Amma bu, Tallindəki görüşdə asan qələbə qazanacağımızdan xəbər vermir. Əksinə, təxminən bərabər gücə malik iki komandanın dueli gərgin mübarizə vəd edir.
 
Estoniya millisinə Tarmo Rüütli başçılıq edir. 59 yaşlı məşqçi 2008-ci ildən etibarən bu yığmanı çalışdırır. 1998-ci ildən məşqçilik edən mütəxəssis yığma ilə yanaşı "Vilyandi", "Flora", "Levadia", "Nomme United" kimi klublarda da çalışıb.
 
Bugünkü matç Azərbaycan millisinin 2013-cü ildə 11-ci oyunu olacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Qətərlə səfərdə keçirdiyi yoxlama oyununda heç-heçəyə (1:1) razılaşan Foqtsun yetirmələri son sınaq matçında da Maltanı Bakıda 3 cavabsız qolla yendilər. Rəsmi oyunlara gəlincə, Lüksemburqla iki heç-heçə (səfərdə 0:0, evdə 1:1) yanaşı Portuqaliyaya məğlubiyyət (0:2) var. İsraillə səfər, Rusiya ilə ev oyunu 1:1 hesabıyla bitmişdi. Şimali İrlandiya ilə qarşılaşmada isə qələbə qeydə alınmışdı – 2:0.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 202-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 37-də qələbə qazanmışıqsa, 54-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 144 qol vurduğumuz halda, öz qapımızdan 344 top çıxarmışıq.

Yoldaşlıq oyunu
15 noyabr

20:45. Estoniya - Azərbaycan
Hakimlər: Aleksey Nikolayev Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya), Silver Koiv (Estoniya).
Tallin. "A. Le Coq Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.