15 noyabr 2013 11:51
Qarabağ məşqlərə başladı
"Qarabağ" məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra futbolçulara 4 günlük istirahət vermişdi.
Artıq yenidən yığışan komanda hazırlıqlara başlayıb. Amma milli futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Belədə, aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın 14-cü turunda "Rəvan"ı qəbul edəcək. Oyun noyabrın 24-də Respublika stadionunda baş tutacaq.
