15 noyabr 2013 23:33
Berti Foqts: Biz Estoniyaya qələbəni özümüz hədiyyə etdik
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Tallində keçirilmiş Estoniya ilə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətimizlə bitən görüşlə bağlı öncə bunları söyləyib:
- Estoniya yığmasını təbrik edirəm. Onlar bu gün daha istəkli idilər. Buraxdığımız iki səhvdən yaxşı yararlandılar. Nəzərə almaq lazımdı ki, rəqibin heyətində müxtəlif ölkələrdə top qovan 14 legioner futbolçu var idi. Birinci hissədə razı qaldığım bəzi məqamlar oldu. Amma ikinci hissə qətiyyən xoşuma gəlmədi. Əgər hansısa futbolçular belə oyunlarda 80 faiz güc qoymaqla da uğur qazanmağın mümkünlüyünü düşünürsə, yanılır.

- Maksim Medvedevi niyə öz mövqeyində oynatmırdız?
- Bizim yarımmüdafiə xətti ilə bağlı problemimiz var idi. Rusiya ilə oyunda da onu orta sahədə oynatmışdım. Mən də bilirəm ki, Maksim sağ cinah müdafiəçisi mövqeyində daha yaxşı çıxış edir. Son oyun bunu bir daha sübut etdi. Mənə elə gəlir ki, gələcək üçün bəzi mövqelərdə dəyişiklərə ehtiyac var. Pərdislə Cihanın sürət baxımından problemi var. Bədavi Hüseynov da çox istedadlı futbolçudu. Amma belə oyunlarda onun daha soyuqqanlı olması lazımdı. Növbəti seçmə mərhələnin startına qədər ancaq belə yoxlama oyunları olacaq. Avqust ayında kimlərin oynayacağını indidən heç kim deyə bilməz.

- Sizcə, Estoniya yığması bizim millidən daha yaxşıdı?
- Birinci hissədə biz rəqibdən daha yaxşı idik. İkinci hissədə isə Estoniya üstün idi. Onlar daha yaxşı, sürətli futbol sərgilədilər və qələbə qazandılar. Fikrimcə, biz bu qələbəni onlara özümüz hədiyyə etdik.
- Böyükağa Hacıyevin fikrincə, yığmamız Estoniya və Qırğızıstanın əvəzində "Neftçi" və "Qarabağ"la oynasaydı, daha yaxşı olardı. Siz bu fikirləri necə şərh edərdiniz?
- Yaxşı sualdı. Amma mən belə fikirlərə şərh bildirmirəm.

- Sizə elə gəlmir ki, yetirmələrinizdə həddən artıq arxayınlıq var idi? Aqressivlik çatışmırdı...
- Biz hamımız azərbaycanlıyıq. Bizim millətin mentalitetini siz məndən də yaxşı bilirsiz. Məsələn, bundan əvvəlki sualınızda dediyiniz ifadələr Estoniya və Qırğızıstan yığmalarına hörmətsizlikdi. Bunu heç nədən başı çıxmayan adamlar söyləyə bilərlər. Komandam son seçmə mərhələdə 9 xal toplasa da, mən bundan narazı qaldım. Çünki bütün mümkün xalları toplamağımızı istəyirdim. Jurnalistlər futbolçuları çox tərifləyirlər. Oyundan öncə onlara topa daha çox sahib olmağı tapşırmışdım. Müdafiəçilərimiz rəqib oyunçulara daha yaxın oynamalı idilər. Belə oyunlarda rəqiblər bizi bağışlamırlar. Futbolçular bu oyuna görə məndən məzəmmət alacaqlar.