15 noyabr 2013 23:18
Berti Foqts: İkinci hissədən qətiyyən razı qalmadım
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Tallində keçirilmiş Estoniya ilə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətimizlə bitən görüşlə bağlı bunları söyləyib:
"Estoniya yığmasını təbrik edirəm. Onlar bu gün daha istəkli idilər. Buraxdığımız iki səhvdən yaxşı yararlandılar. Nəzərə almaq lazımdı ki, rəqibin heyətində müxtəlif ölkələrdə top qovan 14 legioner futbolçu var idi. Birinci hissədə razı qaldığım bəzi məqamlar oldu. Amma ikinci hissə qətiyyən xoşuma gəlmədi. Əgər hansısa futbolçular belə oyunlarda 80 faiz güc qoymaqla da uğur qazanmağın mümkünlüyünü düşünürsə, yanılır".