15 noyabr 2013 22:52
Millimiz azarkeşlərin ümidlərini doğrulda bilmədi
Azerisport.az daha bir sorğusuna yekun vurub. "Sizcə, Azərbaycanın Estoniya ilə yoxlama matçı necə başa çatacaq" sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi aşağıdakı kimi olub:
Yığmamız qalib gələcək - 227 (67 %)
Estoniya qalib gələcək - 58 (17 %)
Heç-heçə olacaq - 51 (15 %)
Göründüyü kimi, respondenlərin əksəri yığmamızdan bu görüşdə qələbə gözləyirdi. Lakin təəssüf ki, oyunda hesabı açmasına rəğmən, millimiz Tallindəki görüşü məğlub başa vurmalı oldu - 1:2.
