15 noyabr 2013 17:11
200 azərbaycanlı, 20 türk
Futbol üzrə Azərbaycan yığması bu gün Tallində keçiriləcək Estoniya ilə oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamızı Baltikyanı şəhərlərdə yaşayan 200-ə yaxın həmyerlimizin izləməsi gözlənilir.
Eyni zamanda Türkiyənin Estoniyadakı səfirliyinin işçiləri də Azərbaycan millisinə azarkeşlik edəcək. Bu görüşdə 20 türkiyəli fanatın da komandamızı təstəkləməsi gözlənilir.
Qeyd edək ki, Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
