15 noyabr 2013 16:57
Rəşad Sadıqov: Estonlara qalib gələ bilərik
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bu gün keçiriləcək Estoniya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Komandamızdan qələbə gözləyirəm. Ən pis halda uduzmayacağımıza ümidliyəm. Məğlub olmamağımız çox vacibdi. Uzun müddətdi məğlub olmuruq və bu seriyanın davam etməsini çox istərdim. Amma fikrimcə, estonlara qalib gələ bilərik. Hətta heyətdəki itkilərə baxmayaraq. Komandanın özəyi yerindədi. Deməli, uğurlu nəticəyə ümid etmək olar. Bir neçə oyunçunun yoxluğu bu görüşdə sözünü deməməlidi".
Qeyd edək ki, yığmamızın lideri zədə səbəbindən bu oyunda forma geyməyəcək.