15 noyabr 2013 15:53
"Qırğızıstanla oyundansa Berti Foqts gəlib elə "Neftçi" ilə qarşılaşardı"
"Neftçi" prezidentinin müşaviri Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında millimizin Estoniya və Qırğızıstanla oyunları barədə danışıb:
"Rəqib seçimi maraqlıdı. Əgər indi Estoniya və Qırğızıstanla oynayırıqsa onda nə vaxt güclü komandayla qarşılaşacayıq. Bu oyunlar bizim komandaya heç nə verməyəcək. Foqts yığmanın inkişafını güclü rəqiblərlə oyunda göstərməlidi.Hərçənd Estoniya ilə oyunun asan olmayacağını bilirəm. Millimiz bu görüşdə qələbə qazanmağa məhkumdu. Qırğızıstanla oyuna gəldikdə bilmirəm bu görüş bizə nə verəcək. Gərək Foqts heç komandanı ora aparmazdı. Bizim çempionatın klublarından biriylə oynayardılar. Elə "Neftçi" və ya "Qarabağ" la oyun daha maraqlı və faydalı olardı".
