15 noyabr 2013 15:36
Əhmədovla Qurbanov A kateqoriyasını almağa hazırlaşır (FOTOLAR)
Bu gündən etibarən AFFA tərəfindən UEFA-nın A kateqoriyalı məşqçi kursu başlayıb. Azerisport.az xəbər verir ki, dekabrın 7-dək davam edəcək kursa almaniyalı mütəxəssislər Nikolay Adam və Torsten Spittler rəhbərlik edir.
Bu kurslarda iştirak edən 14 məşqçi arasında Tərlan Əhmədov, Mahmud Qurbanov, Aqil Məmmədov və Mirbağır İsayev də var. (AFFA)
